İsrailli şair və tərcüməçi Meir Wieseltier 82 yaşında vəfat...
4 saat əvvəlDİQQƏT! Bakının bu yolunda hərəkət MƏHDUDLAŞDIRILACAQ
03 Fevral 2023
Baxış: 173
Fevralın 5-də, saat 09:00-dan 16:00-dək Bakı şəhəri, Heydər Əliyev prospektinin yan yolunda, tuneldə (Bağırov körpüsünün alt hissəsi, şəhər mərkəzi istiqamətində) aparılacaq təmir işləri ilə əlaqədar, nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi məlumat yayıb.
Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, qeyd olunan vaxt kəsiyində şəhər mərkəzi istiqamətində prospektin əsas yolundan istifadə etmələri xahiş olunur.