26 Aprel 2024
DİN Fazil Mustafaya sui-qəsdlə bağlı məlumat yaydı

DİN Fazil Mustafaya sui-qəsdlə bağlı məlumat yaydı

28 Mart 2023
Baxış: 370

Deputat Fazil Mustafaya qarşı sui-qəsdə cəhd olması ilə bağlı xəbəri DİN də təsdiqləyib.

Xatırladırıq ki, ölkə mediası arasında bu xəbəri ilk olaraq Musavat.com yayıb.

DİN-dən bildiriblər ki, Zabrat qəsəbəsində yerləşən evinin qarşısında silahlı hücuma mərzu qalan millət vəkili Fazil Mustafaya avtomat silahdan çoxsaylı atəş açılıb.

Musavat.com xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Çiyin nahiyəsindən və ayağından güllə yarası alan millət vəkilinə hazırda öz evində həkim müdaxiləsi edilir.

DİN mətbuat xidmətindən bildirilib ki, hazırda əməliyyat istintaq qrupu hadisə yerindədir, hücumu törətməkdə şübhəli bilinən şəxsin axtarışı davam edir.