13 May 2024
Diktatorların ÖVLADLARI – Ən dəbdəbəli toy və bütün qadınların QƏNİMİ

Diktatorların ÖVLADLARI – Ən dəbdəbəli toy və bütün qadınların QƏNİMİ

08 Fevral 2022
Baxış: 464

Dünyanın bəzi ölkələrində tarixin müxtəlif vaxtlarında diktatorlar hökmdarlıq edib. Belə diktatorlardan biri də İdi Amindir. O, özünü Ömürlük Prezident, Yer üzündəki bütün heyvanların və dəniz balıqlarının Rəbbi, Afrikada Britaniya İmperiyasının Fatehi adlandırırdı. Uqanda sakinləri isə ona qanlı tiran və ya qara Hitler deyirdilər.

AJMEDİA.İNFO Bizim Media-ya istinadən xəbər verir ki, hazırda Aminin oğulları 2003-cü ildə ölən atalarının adını təmizə çıxarmağa, “şanlı” soyadını böyük siyasətə qaytarmağa çalışırlar.

Benito Mussolini, Səddam Hüseyn, Kim Çen İr – bu gün onların övladları və nəvələri siyasətdə yüksək vəzifələr tuturlar.

Şimali Koreya liderinin oğlu Kim Çen Inın ata-anasının yolu ilə getdiyi məlumdur. İtaliyanın faşist liderinin nəvəsi Raşel Mussolini 2021-ci ildə Roma şəhər şurasına seçkilərdə qalib gəlib.

Qırmızı Kxmerlərin lideri kimi tanınan Pol Pot Kambocanı cəmi üç il idarə edib. Bu müddət ərzində o, milyonlarla insanın həyatına son qoyan canavar kimi tanınıb.

1975-ci ildə hakimiyyətə gələn Pol Pot ölkəsinin əhalisinin üçdə birini məhv edib, sonra isə 20 ilə yaxın cəngəllikdə döyüşüb. 1998-ci ildə xərçəngdən ölüb. Onun yeganə qızı Set Set bütün uşaqlığını hərbi bazada həbsdə keçirib. O, yalnız Pol Potun ölümündən sonra sərbəst buraxılıb. Set Set Malayziyada yaxşı təhsil alıb.

O, Kambocanın ən dəbdəbəli toyu ilə məşhurlaşdı və səmimi olaraq atasının heç bir şeydə günahkar olmadığına inanır.

Hannibal Qəddafi Müəmmər Qəddafinin beşinci oğludur və atasının dəqiq surəti adlandırılır. Mərhum inqilabçı kimi dəbdəbə və qəddarlıq sevgisi ilə məşhurdur. Hannibal küçədə yoldan keçəni, kafedə ofisiantı və ya öz həyat yoldaşı, modelyer Alina Skafı döyə bilər. Bununla belə, arvadının da şiddətə marağı var.

Hannibal Qəddafi 2015-ci ildən Livan həbsxanasındadır. O, dini lider Musa əs-Sədrin yoxa çıxması ilə bağlı məlumatları gizlətdiyinə görə həbs edilib.

Alina Skaf da dəmir barmaqlıqlar arxasındadır, lakin Suriyadadır. Diktatorun gəlini hüquq mühafizə orqanı əməkdaşı ilə dalaşıb. Ardında isə maşınla polisin üzərindən keçib.