15 May 2024
Deputat Etibar Əliyev nazirlə şəxsi yazışmasının yayılmasına görə İSTEFA VERDİ

Deputat Etibar Əliyev nazirlə şəxsi yazışmasının yayılmasına görə İSTEFA VERDİ

11 İyul 2023
Baxış: 298

Millət vəkili Etibar Əliyev Elm və Təhsil Nazirliyi yanında İctimai Şura üzvlüyündən istefa verib.

AJMEDİA.İNFO bildirir ki, bu barədə deputat özü məlumat yayıb. O, buna səbəb kimi nazirlə yazışmalarının yayılmasını göstərib.

“Nazir tərəfindən şəxsi yazışmanın ictimailəşdirəlməsini mənəvi, etik, əxlaqi və hüquqi prinsiplərə zidd hesab edirəm. Bu, həm də Azərbaycan Respublikasının Konstitusiyasının 32-ci maddəsinə, şəxsi həyatın toxunulmazlığı prinsipinə ziddir. İclasda dəfələrə etdiyim təkidlərə baxmayaraq, məsələ gündəliyə salınmadı. İctimai Şura üzvləri mənim bu təklifimi kənara qoyub nazirin söylədiyi “yaşı 25-dən yuxarı gənc olmayan adamların 60 faizi oxuduğu mətndə əsas fikri başa düşmür” fikrinə münasibətimi pislədilər və ifrat dərəcədə nazirin müdafiəsinə qalxdılar”.

E.Əliyev bildirib ki, şura üzvlərinin bu hərəkəti “İctimai iştirakçılıq haqqında qanun”un fəlsəfəsinə ziddir:

“Təkliflərimindən biri də nazirin iclasda iştirakının təmin olunması idi. Bu təklifə ümumiyyətlə münasibət bildirilmədi. İclasdakı müzakirə bir daha göstərdi ki, İctimai Şura yalnız bir adamın - Emin Əmrullayevin təsiri altındadır və onun müdafiəsi ilə məşğul olur. Şura üzvlərinin nazir tərəfindən təlimatlandırılması isə açıq şəkildə görünürdü. Bir məsələni də qeyd edim ki, E. Əmrullayev elm və təhsillə bağlı prinsipial məsələlərin heç birində Şura ilə məsləhətləşmə aparmayıb. Bütün bunları əsas götürüb, İctimai Şurada fəaliyyətimi qeyri-mümkün hesab edirəm və Şura üzvündən istefa verirəm”.