07 May 2024
Deputat Elnur Allahverdiyevin şirkətləri bir-birini məhkəməyə verdi - "Kontakt Home" və "ABC - Telecom"

Deputat Elnur Allahverdiyevin şirkətləri bir-birini məhkəməyə verdi - "Kontakt Home" və "ABC - Telecom"

26 May 2022
Baxış: 833

"İncəsənət Qrup" MMC “Kontakt Home” əmtəə nişanının sahibi “ABC-Telecom” MMC-ni məhkəməyə verib.
AMİA.AZ xəbər verir ki , bu barədə şirkət Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Belə ki, müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr və digər məsələlər barədə tələb irəli sürüb.

İddia hakim Aytən Əliyevanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin hazırlıq iclası iyunun 9-na təyin edilib.

Qeyd: “ABC-Telecom” 2006-cı ildə yaradılıb, nizamnamə kapitalı 10 min manatdır. (Pravda.az)

AJMEDİA.İNFO xatırladır ki, “Kontakt Home” və “ABC-Telecom”da deputat Elnur Allahverdiyevin böyük hissələri var. Sonradan deputat həmin şirkətlərlə əlaqəsinin qalmadığını demişdi. Lakin mətbuatda gedən xəbərlərə görə, sözügedən şirkətlər Elnur Allahverdiyevin ailə üzvləri tərəfindən idarə edilir. 32gun.az

Deputat Elnur Allahverdiyevin şirkətləri bir-birini məhkəməyə verdi - "Kontakt Home" və "ABC - Telecom"