02 May 2024
Daha bir şəhərdə "patı" satan tutuldu

Daha bir şəhərdə "patı" satan tutuldu

21 Oktyabr 2021
Baxış: 554

Şirvanda narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyi mətbuat xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, şöbə əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə Şirvan şəhər sakini, əvvəllər məhkum olunmuş Azad Həsənov saxlanılıb.

Onun üzərinə keçirilən baxış zamanı narkotik maddə olan metamfetamin aşkar edilərək götürülüb.

Faktla bağlı Şirvan şəhər Polis Şöbəsində araşdırmalar davam etdirilir.(7news.az)