26 Aprel 2024
Daha bir ölkədə Quran YANDIRILIDI

Daha bir ölkədə Quran YANDIRILIDI

24 Yanvar 2023
Baxış: 336

Qərbin İslamlaşmasına Qarşı Vətənpərvər Avropalılar (PEGIDA) hərəkatının lideri Edvin Vaqensveld Haaqada (Hollandiya) tək başına keçirdiyi aksiyada Quran kitabını cırıb.

AJMEDİA.İNFO xarici KİV-ə istinadən xəbər verir ki, Vaqensveld Quranı cırdığı anın fotolarını "Twitter" hesabında paylaşıb.

Fotolardan görünür ki, o, Quranı yandırmaqdan belə çəkinməyib. Onun bu paylaşımı müsəlman ölkələri tərəfindən qınanılıb.

Qeyd edək ki, ötən həftə İsveçdə Türkiyə səfirliyinin binası qarşısında Danimarkanın ifrat sağçı Stram Kurs hərəkatının lideri Rasmus Paludan "Qurani-Kərim" kitabını yandırmışdı.