02 May 2024
Dağıntılar altında qalan türkiyəli deputat HƏLAK OLDU

Dağıntılar altında qalan türkiyəli deputat HƏLAK OLDU

07 Fevral 2023
Baxış: 341

Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) deputatı Yakup Taş fevralın 6-da Adıyaman şəhərində baş vermiş zəlzələ nəticəsinə həlak olub.

AJMEDİA.İNFO Türkiyə KİV-inə istinadən xəbər verir ki, onun meyiti dağıntılar altından çıxarılıb.

Məlumata görə, Y.Taş Türkiyə Böyük Millət Məclisində (TBMM) Adıyaman şəhərini təmsil edirdi.

Qeyd edək ki, fevralın 6-da səhər saatlarında Türkiyədə baş vermiş 7,7 maqnitudalı zəlzələ nəticəsində 3 549 nəfər insan həlak olub, 22 168 nəfər yaralanıb, həmçinin təbii fəlakət nəticəsində 5 775 bina dağılıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə bir həftəlik günlük matəm, eyni zamanda zəlzələnin dağıntıya məruz qoyduğu 10 vilayətdə üç ay müddətində qüvvədə olacaq fövqəladə vəziyyət edlan edib.