06 May 2024
Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən cinsi azlıq DANIŞDI - VİDEO

Cinayətkarları "Torqovı"dakı evində gizlətdiyi iddia edilən cinsi azlıq DANIŞDI - VİDEO

06 Mart 2023
Baxış: 398

Martın 4-ü saat 12 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən hipermarketlərdən birində silahlı insident baş verib.

Hadisəni törətməkdə şübhəli bilinən şəxslərdən biri Ruhlan İsmayılov Səbail rayonu H.Z. Tağıyev küçəsindəki 19 saylı binada gizlənməsi müəyyən edilib.

Əməliyyat tədbiri zamanı o, polisə silahlı müqavimət göstərən zaman məhv edilib.

Dünən sosial mediada yayılan məlumata görə hadisəni tərədən şəxslərin Sahra ləqəbli cinsi azlıq nümayəndəsi,Transgender qadının evində gizlənməsi iddia edilib.

Sosial şəbəkələrdə yayılan məlumatlara görə bu səbəbdən Səhra adlı transseksualın da həbs edildiyi iddia edilib.

AJMEDİA.İNFO xəbər verir ki, Oxu24.com-a açıqlama verən "Sahra" bildirib ki, yayılan informasiyanın heç bir əsası yoxdur.

"Hadisə mən yaşayan evin yaxınlığında baş verib.Amma mənim o şəxslərlər heç bir tanışlığım,əlaqəm olmayıb.Mən hazırda evimdəyəm", deyə o bildirib.