21 May 2024
"Çətin rəqibə qarşı mübarizə aparacağıq" - Qurban Qurbanov

"Çətin rəqibə qarşı mübarizə aparacağıq" - Qurban Qurbanov

20 Sentyabr 2023
Baxış: 671

“Molde” güclü komandadır. Meydanda boşluq buraxmağı sevmirlər. Üç il əvvəl qarşılaşdığımız “Molde” ilə indiki arasında mütləq fərq var. Futbolçuları indi daha inamlıdırlar".

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Qarabağ” komandasının baş məşqçisi Qurban Qurbanov mətbuat konfransında deyib.

51 yaşlı mütəxəssis rəqibin kifayət qədər intizamlı çıxış etdiyini bildirib: “Molde”nin oyunlarını izləmişik və nəyə qadir olduğunu bilirik. Sabah çox çətin rəqibə qarşı mübarizə aparacağıq. Əvvəl məqsədimiz qrupa düşmək idi, bunu bacardıq. Azarkeşlərimizin uğur tələb etmələri bizə həmişə motivasiya verib. Ancaq nə qədər istəkli olsaq da, bir o qədər soyuqqanlı davranmalıyıq. Sabah bütün gücümüzü meydanda qoyacağıq. Azarkeşlərimizi sevindirmək üçün yaxşı nəticə əldə etmək istəyirik”.

Qeyd edək ki, Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – “Molde” oyunu saat 20:45-də başlayacaq.