07 May 2024
Cəbrayılda ANAMA əməkdaşı minaya DÜŞDÜ

Cəbrayılda ANAMA əməkdaşı minaya DÜŞDÜ

19 İyun 2022
Baxış: 358

İyunun 19- saat 11 radələrində Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı 1992-ci il təvəllüdlü Əli Şükürov Cəbrayıl rayonunun Xudafərin kəndi ərazisində piyada əleyhinə minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Cəbrayıl rayon prokurorluğundan AJMEDİA.İNFO-ya verilən xəbərə görə, Prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə baxış keçirilib, məhkəmə-tibb ekspertizası təyin edilib, digər prosessual hərəkətlər yerinə yetirilib.
Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda araşdırma aparılır.