25 Aprel 2024
Bu yeməklər səhhətinizdə problem yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ

Bu yeməklər səhhətinizdə problem yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ

26 May 2023
Baxış: 261

Rusiyalı dietoloq, kosmetoloq Yelena Boqatova deyib ki, ədviyyatlı yeməklər dəri və dişlərdə problemlər yaradır.


AJMEDİA.İNFO “Lenta.ru”ya istinadən xəbər verir ki, həkim gözəllik və sağlamlıq üçün ədviyyatlı yeməkləri az istehlak etməyi tövsiyə edib.


Onun sözlərinə görə, ədviyyatlı qidalar qan damarlarını genişləndirə və üzün qızarmasına səbəb ola bilər. O qeyd edib ki, bu tip qidalar dəridə piy qatını qalınlaşdırır və bu, tərləmə intensivliyini artırır.


Bununla belə, onun fikrincə, ədviyyatlı yeməyin xarici görünüşünə təsiri insanların fərdi xüsusiyyətlərindən asılıdır: “Ədviyyatlı yeməkləri sevən hər kəs onların sağlamlığa və ya gözəlliyə təsirini hiss etmir. Amma zamanla ədviyyatlı yeməklərin həddindən artıq istehlakı dişlərə mənfi təsir göstərir. Ədviyyatlı və turşulu qidalar dişlərdəki mina qatını zədələyə və həddindən artıq həssaslığa səbəb ola bilər.


Balanslaşdırılmış pəhrizin bir hissəsi kimi ədviyyatlı qidaların az miqdarda istehlakı görünüşə böyük təsir göstərə bilməz. Bununla belə, dəri və ya diş probleminiz varsa, ədviyyatlı qidaların qəbulunu məhdudlaşdırmaq faydalıdır”.(Sfera.az)