02 May 2024
Bu şəxslərin övladlarına da SOSİAL MÜAVİNƏT VERİLƏCƏK

Bu şəxslərin övladlarına da SOSİAL MÜAVİNƏT VERİLƏCƏK

14 İyul 2021
Baxış: 545

Prezident İlham Əliyev "Hərbi qulluqçuların statusu haqqında” qanuna təklif edilən dəyişiklikləri təsdiqləyib.

AJMEDİA.İNFO məlumat verir ki, qanuna əsasən, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının uşaqlarına "Sosial müavinətlər haqqında” qanuna uyğun olaraq aylıq müavinət ödəniləcək.

Əvvəllər müddətli xidmət hərbi qulluqçularının, hərbi təhsil müəssisələri kursantlarının (müddətli xidmət hərbi qulluqçuları və mülki gənclər sırasından) uşaqlarına müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi məbləğdə pul müavinəti ödənilirdi.

Qeyd edək ki, şəxs müddətli həqiqi hərbi xidmətdə olduğu müddətdə hər övladına aylıq 100 manat məbləğində sosial müavinət ödənəcək.