25 Aprel 2024
Bu şəxslər dövlətdən 246 manat ala bilərlər - VİDEO

Bu şəxslər dövlətdən 246 manat ala bilərlər - VİDEO

26 May 2023
Baxış: 329

"Ünvanlı dövlət sosial yardımının alınmasının müharibə veteranı adının olması ilə bağlı hər hansı məhdudiyyət müəyyənləşdirmir. Əksinə bütün vətəndaşlarımız kimi, müharibə veteranı statusu olan şəxslər də ünvanlı dövlət sosial yardımı almaq hüququna malikdirsə, təyin edilə bilər".

AJMEDİA.İNFO xəbər verir ki, bunu Real TV-yə açıqlamasında Dövlət Sosial Müdafiə Fondunun İdarə Heyətinin sədr müavini Zəka Mirzəyev bildirib.

Sədr müavini əlavə edib ki, ünvanlı dövlət sosial yardımı şəxslərə deyil, aztəminatlı ailələrə ayrılır: "Bu yardımı almaq üçün ailə həqiqətən aztəminatlı olmalıdır. Bu gün ehtiyac meyarının məbləği 246 manatdır".