05 May 2024
Bu şəhər yer üzündən tamamilə SİLİNDİ

Bu şəhər yer üzündən tamamilə SİLİNDİ

18 Sentyabr 2023
Baxış: 734

Liviya Derna şəhərinin qasırğaya görə demək olar ki, yoxa çıxdığını etiraf edib.

AJMEDİA.İNFO Anadolu Ajansı-na istinadən xəbər verir ki, “Daniel” qasırğası və Liviyanın şimalını vuran güclü yağışlar Aralıq dənizi sahilində yerləşən Derna şəhərini demək olar ki, məhv edib. İnsan itkisinin sayı on mini ötüb.

Qasırğanın özü ilə gətirdiyi külli miqdarda yağıntı quru çayların yataqlarını dolduraraq iki bəndin sıradan çıxmasına səbəb olub. Nəticədə 80 minə yaxın əhalisi olan bir şəhəri dəniz yuyub aparıb.

Əvvəlcə səlahiyyətlilər 3 min vətəndaşın öldüyünü açıqlayıblar, daha sonra isə bu rəqəm 11 minə çatıb. Derna merinin sözlərinə görə, daşqın zamanı ölənlərin sayının 20 min nəfərə çatması mümkündür.

İndi demək olar ki, tamamilə dağılmış şəhərdə işıq və su təchizatı mövcud deyil, xilasedicilər ölənlərin cəsədlərini toplayır, meriya isə epidemiya riski yaratdığından ölüləri suyun yaxınlığındakı kütləvi məzarlıqlarda basdırmamağa çağırır.

Peyk görüntüləri Derna şəhərinin yer səthinin xəritəsindən praktiki olaraq yoxa çıxdığını təsdiqləyir.

Liviya hakimiyyəti şəhərin infrastrukturunun onilliklər ərzində təmir olunmaması və bunun nəhəng dağıntılara səbəb olması faktına görə məsul olan şəxsləri müəyyən etməyə çalışır - fəlakətin şahidlərinin sözlərinə görə, su bütün yaşayış məntəqələrini yuyub aparıb.