07 May 2024
Bu ölkədə ən çox yeyib-yatan adama YÜZLƏRLƏ AVRO VERƏCƏKLƏR

Bu ölkədə ən çox yeyib-yatan adama YÜZLƏRLƏ AVRO VERƏCƏKLƏR

20 Avqust 2021
Baxış: 578

Balkan ölkəsi Monteneqronun Niksic şəhəri yaxınlığında yerləşən Brezna etno-kəndində ənənəvi "tənbəllik yarışması" keçirilir.

AJMEDİA.İNFO xəbər verir ki, bu il səkkiz iştirakçı ilə onuncu dəfə keçirilən yarışmada "ən tənbəl vətəndaş" adını qazanan şəxsə 300 avro dəyərində mükafat alacaq.

Avropada bənzəri olmayan yarışmanın qaydalarına görə, uzanaraq yarışan rəqiblərin yatmasına, yemək və içki ehtiyaclarını ödəməsinə, kitab oxumasına və telefondan istifadə etməsinə icazə verildiyi halda, onların ayağa qalxmaq qaydaların pozulması hesab olunur.

Brezna etno-kəndinin sahibi və yarışmanın təşkilatçısı Miko Blaqocevik, monteneqronlular tənbəl insanlar kimi tanındıqları üçün belə bir yarışma təşkil etmək qərarına gəldiyini deyib.

"Əvvəlki illərdən fərqli olaraq bu il iştirakçıların hər 8 saatdan bir tualetə getməsinə icazə veriləcək. Əvvəllər belə olmadığı halda, ən uzun yatma rekordu 52 saat təşkil etmişdi",-deyə o əlavə edib.