02 May 2024
Bu müsəlman adı İsraildə ən populyar ad oldu - STATİSTİKA

Bu müsəlman adı İsraildə ən populyar ad oldu - STATİSTİKA

22 Dekabr 2021
Baxış: 683

İsrailin Mərkəzi Statistika Bürosu dekabrın 21-də ötən ildə yeni doğulan körpələrə ən çox qoyulan adlarla bağlı məlumatları dərc edib.

AJMEDİA.İNFO Rusiya mediasına istinadla xəbər verir ki, 2020-ci ildə də doğulan oğlanlara verilən adlar arasında birinci yeri Məhəmməd adı tutub. Belə ki, bu, 2396 yeni doğulmuş müsəlman oğlanın valideynləri tərəfindən verilən addır.

Qeyd edək ki, Məhəmməd adı artıq 5-ci ildir ki, İsraildə ən məşhur ad kimi seçilir. Bu müsəlman adı 2016, 2017, 2018, 2019-cu illərdə də ölkədə ən populyar olub.

2020-ci ildə yəhudi ailələrində David adı ən sevimli ad olub -1536 uşağa həmin ad qoyulub. Yusif və ya İosif adı həm yəhudilər, həm də ərəblər arasında çox məşhurdur.

Ən çox yayılmış qadın adı Mayya, ikinci ən məşhur qadın adı isə Miriam olub. Həm yəhudilər, həm də müsəlmanlar arasında qızlarına hər iki adı qoyanlar xeylidir.(moderator.az)