07 May 2024
Bu gün Ukrayna-NATO komissiyasının iclası keçiriləcək

Bu gün Ukrayna-NATO komissiyasının iclası keçiriləcək

03 Aprel 2023
Baxış: 473

Bu gün Belçikanın paytaxtı Brüssel şəhərində Ukrayna-NATO komissiyasının iclası başlayır.

Bu barədə Ukrayna Xarici İşlər Nazirliyindən (XİN) bildirilib.

Məlumata görə, Ukraynanın xarici işlər naziri Dmitro Kuleba toplantıda iştirak etmək üçün bu gün Brüsselə gedir.

Bu, 2017-ci ildən bəri komissiyanın Ukraynanın iştirakı və xarici işlər nazirləri səviyyəsində keçirilən ilk iclası olacaq.

Toplantıda iyulda Litvanın paytaxtı Vilnüsdə keçiriləcək NATO sammitinə hazırlıq müzakirə olunacaq.

D.Kuleba Brüsseldə Ukraynaya silah tədarükü, Moskvaya qarşı sanksiyalar, Rusiya ilə bağlı xüsusi tribunalın yaradılması və Ukraynaya humanitar yardım məsələlərini müzakirə edəcək.

Bundan başqa, XİN başçısı bir sıra rəsmi şəxslər, o cümlədən NATO-nun Baş katibi Yens Stoltenberq, ABŞ-ın dövlət katibi Entoni Blinkenlə görüşəcək.

Qeyd edək ki, sammit 2 gün davam edəcək.