03 Fevral 2023

Azerbaijan, Baku

3°C/9°CTemperatur °C
Atmosfer hadisələri

Atmosfer hadisələri

Bu gün Azərbaycanda COVID-19-dan 7 nəfər ÖLDÜ - SON STATİSTİKA

Bu gün Azərbaycanda COVID-19-dan 7 nəfər ÖLDÜ - SON STATİSTİKA

24 Yanvar 2023
Baxış: 136

Azərbaycan Respublikasında koronavirus (COVID-19) infeksiyasına 59 yeni yoluxma faktı qeydə alınıb, 72 nəfər müalicə olunaraq sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AJMEDİA.İNFO-ya verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən yeddi nəfəri vəfat edib.

Azərbaycanda indiyədək ümumilikdə 827 738 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 817 388 nəfər müalicə olunaraq sağalıb, 10 075 nəfər vəfat edib, aktiv xəstə sayı 275 nəfərdir.

Ölkədə son sutka ərzində 2 908, hazırkı dövrədək isə 7 475 435 test aparılıb.