02 May 2024
Bu gecə Azərbaycanda ehtimal olunan sonuncu QƏDR GECƏSİDİR

Bu gecə Azərbaycanda ehtimal olunan sonuncu QƏDR GECƏSİDİR

27 Aprel 2022
Baxış: 586

Bu gecə Azərbaycanda Ramazan ayının sonuncu Qədr (əhya) gecəsidir.

AJMEDİA.İNFO xəbər verir ki, aprelin 27-dən 28-nə keçən gecə Ramazan ayının sonuncu əhya gecəsidir.

Qeyd edək ki, Qədr gecəsi Quranın nazil olduğu gecədir. Quran İslam peyğəmbərinə 23 il ərzində hissə-hissə və Qədr gecəsində bütövlükdə nazil olub.

Məlumat üçün bildirək ki, Şəvval ayının 1-i (2 may) Fitr (Ramazan) bayramıdır. Azərbaycanda Ramazan ayı aprelin 2-də başlayıb.