19 May 2024
“Bu ərazilər də Azərbaycana qaytarılır” - Koçinyan

“Bu ərazilər də Azərbaycana qaytarılır” - Koçinyan

29 Sentyabr 2023
Baxış: 687

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarından biri anklavlara aiddir”.

AJMEDİA.İNFO xəbər verir ki, bunu Ermənistanın keçmiş nəqliyyat naziri Henrik Koçinyan deyib.

“Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin müddəalarından biri anklavlara (Qazaxın və Naxçıvanın kəndləri) aiddir. Paşinyan Tavuş vilayətindəki bu üç anklavı təhvil verərsə, bu, Ermənistan-Gürcüstan yolunun fəaliyyətini dayandırması deməkdir.

Xəritəyə baxın, İcevandan Noyemberyana gedirik, sonra Baqrataşenə çatırıq. Anklavlar verilsə, o yol kəsiləcək. Yəni yeni dolama yol çəkməliyik, yoxsa o yoldan ümumiyyətlə istifadə edə bilməyəcəyik”, - sabiq nazir bildirib.(teleqraf.com)