15 May 2024
Braziliya lideri İsrail İTTİHAM ETDİ - "HƏMAS kimi..."

Braziliya lideri İsrail İTTİHAM ETDİ - "HƏMAS kimi..."

14 Noyabr 2023
Baxış: 448

Braziliya Prezidenti İnasio Lula da Silva İsraili Qəzza zolağında heç bir meyar olmadan günahsız insanları qətlə yetirməkdə ittiham edib.

AJMEDİA.İNFO xəbər verir ki, ölkə lideri İsrailin addımlarının HƏMAS-ın 7 oktyabr hücumu kimi ağır olduğunu deyib.

“İsrail dövlətinin hərəkətləri HƏMAS-ın törətdiyi terror aktının nəticələri qədər ağırdır. Heç bir meyar olmadan günahsız insanları qətlə yetirirlər”, - Silva bildirib.

Braziliya lideri İsraili terrorçuların yerləşməsi iddiası ilə uşaqların, xəstəxanaların olduğu yerlərə bomba atmaqda ittiham edib:

“Bu izaholunmazdır. Əvvəlcə qadınları və uşaqları xilas etməlisən, sonra kiminlə istəyirsən, döyüşə bilərsən”.

Braziliyanın yəhudi icması (İsrail Braziliya Konfederasiyası) Silvanın açıqlamasını səhv, ədalətsiz və təhlükəli adlandıraraq, İsrail və HƏMAS-ın eyni səviyyəyə qoyulduğunu bildirib.(teleqraf.com)