07 May 2024
Böyük güclər növbəti müharibəni harada planlaşdırır? – Ölkələrin SİYAHISI

Böyük güclər növbəti müharibəni harada planlaşdırır? – Ölkələrin SİYAHISI

26 May 2022
Baxış: 460

Ukrayna - Rusiya hərbi münaqişəsi artıq dördüncü aya qədəm qoydu. Görünən odur ki, bu münaqişənin ən yaxın gələcəkdə bitmək perspektivi yoxdur. Münaqişə ən yaxşı halda hansısa mərhələdə müvəqqəti dondurula bilər. Və bu zaman dünyada yeni münaqişə ocağının alovlandırılması qaçılmaz olacaq. Çünki, münaqişə obyektlərinin mövcudluğu böyük dövlətlərin birbaşa maraqlarına xidmət edir.

Elə isə Ukraynadan sonra silahlı münaqişə ocağı hansı ölkə və yaxud ölkələr ola bilər?

Hadisələrin bu günkü inkişafı və münaqişələrin şərqdən qərbə köçürülməsi prosesinin davamı olaraq 3 Avropa dövləti üçün qorxulu siqnallar gəlir.

Ekspertlərin fikrincə, bu sırada birinci ölkə Belarusdur. Bu ölkə hazırda Rusiyanın ən qatı tərəfdarıdır. Son 3 ayda bu ölkənin Ukrayna-Rusiya münaqişəsinə hərbi müdaxiləsi barədə də kifayət qədər məlumatlar yayılıb. Üstəlik, Aleksandr Lukaşenko keçmiş SSRİ-nin bərpası və bu istiqamətdə ilkin addım kimi Rusiya ilə Belarusun birləşməsindən tez-tez söz açır.

Bu da təbii ki, Qərbi qıcıqlandırır. Ona görə də Belarus ABŞ-ın və Aİ-nin qəzəbinə tuş gəlib.

İkinci ölkə Polşadır. Bu ölkə Rusiya ilə müharibəyə əslində çoxdan hamilədir. Uzun illər davam edən düşmənçilik və son vaxtlar səslənən qarşılıqlı ittihamlar yeni münaqişə ocağının Polşa olmasına əsas verir. Nəzərə alaq ki, ABŞ da bu ölkənin Rusiya ilə müharibəyə başlamasında çox maraqlıdır.

Üçüncü ölkə isə Moldovadır. Son günlər baş verən hadisələr də bu fikri təsdiqləyir. Moldovanın yeni prezidentinin Qərbmeyilli olması, Rusiyadan uzaqlaşma siyasəti bunu deməyə əsas verir. Artıq həbsxana barmaqlıqları arasında olan keçmiş president İqor Dodonun itaətsizlik çağırışları da Moldovadakı siyasi vəziyyəti gərginləşdirməkdədir. Qərb üçün Moldovanı yeni münaqişə ocağına çevirmək 2x2-dir.

MÖVZU İLƏ BAĞLI:

Müharibə daha bir ölkəyə keçir? - Macarıstanda fövqəladə vəziyyət


Bununçün bu ölkədə kifayət qədər zəmin var. Həm də Qərb Rusiyanı gücdən salmaq üçün bu yolu tuta bilər.

Dördüncü ölkə isə Macarıstan hesab olunur. Məlum olduğu kimi bu ölkə Aİ-nin və NATO-nun üzvü olmasına baxmayaraq hər zaman Rusiyameyilli siyasət yürüdüb. Elə son Ukrayna-Rusiya münaqişəsində də açıq şəkildə Rusiyanın tərəfini tutur. Bu isə həm ABŞ-ı, həm də NATO dövlətlərini qıcıqlandırır. Bundan əlavə ABŞ-la Aİ faktiki olaraq “mehriban düşməndirlər”. ABŞ dünyada təkhakimiyyətliliyini bərpa etmək üçün hər vasitə ilə Aİ-ni zəif salmaq istəyir. Bunun üçün əlinə düşən istənilən fürsətdən yararlanmaq həvəsindədir.

Ona görə də yaxın zamanlarda Macarıstanda yeni münaqişə ocağının alovlandırılması xeyli inandırıcı görünür.

Nəzər alaq ki, Belarus, Polşa və Macarıstan hazırda müharibə gedən Ukrayna ilə həmsərhəddir. Ona görə də növbəti münaqişənin bu 3 ölkədən birinə köçürülməsi ABŞ üçün heç də çətin məsələ deyil. Bununla da ABŞ həm də Aİ dövlətlərini cəzalandırıb, gözlərini qorxutmaq istəyir.

Daha bir münaqişə ocağının Çinlə Tayvan arasında yaranmaq ehtimalı var. Çinin ağır və təmkinli siyasəti hələlik bu münaqişəni alovlanmağa qoymasa da Tayvan Qərb tərəfindən nəzərdən keçirilən ssenaridir.


Görünən odur ki, ABŞ uzun illər olduğu kimi münaqişələri öz qitəsindən uzaqda, Avrasiyada geçəkləşdirmək planına sadiqdir. Hələliksə dünyanın yenidən dinc mərhələyə qədəm qoyması uzaq perspektivdir.Bizim.Media