15 May 2024
BMT rəsmisi: “Sudanda 11 milyon insanın tibbi yardıma ehtiyacı var”

BMT rəsmisi: “Sudanda 11 milyon insanın tibbi yardıma ehtiyacı var”

23 May 2023
Baxış: 424

“Sudanda vəziyyət hər gün bir qədər ağırlaşır, 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Tərəflər beynəlxalq humanitar hüququn norma və prinsiplərinə məhəl qoymadan mübarizəni davam etdirirlər”.

Bu barədə BMT baş katibinin Sudan üzrə xüsusi nümayəndəsi Volker Perthes bölgədəki vəziyyətlə bağlı təşkilatın Nyu-Yorkdakı mənzil-qərargahında jurnalistlərin suallarını cavablandırarkən deyib.

“Aprelin 15-dən etibarən başlayan qarşıdurmada 700-dən çox insan həlak olub, o cümlədən 190 uşaq olmaqla 6 000 nəfər yaralanıb. Sudanda 11 milyon insanın təcili tibbi yardıma ehtiyacı var. Evlər, mağazalar, ibadət yerləri, su və elektrik qurğuları dağıdılıb. Bir milyondan çox insan yaşayış evlərindən didərgin düşüb. Onlardan 840 min insan kənd yerlərində və digər bölgələrdə sığınacaq axtarıb, 250 min nəfər isə Sudanın sərhədlərini keçərək qonşu ölkələrə üz tutublar”.

Teqlər: