02 May 2024
Bloger Hüseyn Həsənovla bağlı yoxlamalar BAŞLADI

Bloger Hüseyn Həsənovla bağlı yoxlamalar BAŞLADI

13 Oktyabr 2023
Baxış: 435

Rusiya hüquq-mühafizə orqanları videobloger Hüseyn Həsənovla bağlı yoxlamalar aparır.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə ictimai xadim, Təhlükəsiz İnternet Liqasının direktoru Yekaterina Mizulina bildirib.

“Polis qumar oyunlarının təşkili və reklamı ilə bağlı qanunsuz fəaliyyətlərə görə Yeqor Krid, Hüseyn Həsənov, Yuri Xovanski və digər bloqerlərə qarşı əlavə yoxlama aparır. Bu, Təhlükəsiz İnternet Liqasının cinayət işinin başlanmasından imtina qərarı ilə bağlı prokurorluğa müraciətindən sonra baş verib”, – Y.Mizulina Teleqram kanalında qeyd edib.


İctimai xadim vurğulayır ki, Moskva şəhər Prokurorluğu əvvəlki yoxlamada prosessual qanun pozuntularını müəyyən edib və buna görə də nəzarət edən prokuror cavab tədbirləri görüb.(lent.az)