01 May 2024
Bir ay əvvəl ailə quran azərbaycanlı musiqiçi öldü - FOTO

Bir ay əvvəl ailə quran azərbaycanlı musiqiçi öldü - FOTO

11 Mart 2024
Baxış: 283

Şəmkir rayonunda gənc musiqiçi qəfil vəfat edib.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, rayonun Mahmudlu kənd sakini, 1989-cu il təvəllüdlü Muxtar Nizami oğlu Abdullayev martın 10-na keçən gecə ürək çatışmazlığından dünyasını dəyişib.

Bildirilib ki, Şəmkirdə fəaliyyət göstərən musiqi ansamblının nağaraçısı olan Muxtar həmin gecə toydan evə gəlib və az sonra vəziyyəti ağırlaşıb. Təcili tibbi yardım çağırılsa da, M.Abdullayevin həyatını xilas etmək mümkün olmayıb.

O da məlum olub ki, Muxtar Abdullayev bir ay əvvəl - fevralın 9-da evlənibmiş. O, rayonun Xuluflu kəndindən olan Vətən müharibəsi şəhidi Şamxal Əjdərlinin bacısı ilə ailə həyatı qurubmuş.

Yaxınlarının bildirdiyinə görə, Muxtarın ürəyində problemin olması əvvəldən məlum imiş və həkimlər ona ailə həyatı qurmağı tövsiyə etməyiblər.