07 May 2024
Bir ailənin həlak olduğu qəzanın görüntüləri - VİDEO

Bir ailənin həlak olduğu qəzanın görüntüləri - VİDEO

18 Fevral 2022
Baxış: 614

Baş Dövlət Yol Polisi İdarəsi dünən Sumqayıt şəhəri ərazisində 3 nəfərin ölümü ilə nəticənən ağır yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.

İdarədən AJMEDİA.İNFO-ya verilən xəbərə görə, ötən gün təxminən saat 17:17 radələrində Bakı-Quba-Dağıstan sərhədi avtomobil yolunun Sumqayıt şəhəri H.Z.Tağıyev qəsəbəsi ərazisindən keçən 43-cü km-də Bakı şəhər sakini 1985-ci il təvəllüdlü Əliyev Seymur Fikrət oğlu “Mercedes-Benz E320” markalı, 90-TF-497 dövlət qeydiyyat nişanlı avtomobillə Quba rayonu istiqamətində hərəkətdə olarkən idarəetməni itirib və metal konstruksiyalı arakəsməyə dəyərək avtomobili aşırıb.

Qəza nəticəsində sürücü S. Əhmədov və sərnişinləri – həyat yoldaşı 1999-cu il təvəllüdlü Ələkbərova Fidan Mövsüm qızı və övladı 2021-ci il təvəllüdlü Əliyev Həmzə Seymur oğlu ölüblər.

Qeyd edək ki, yol-nəqliyyat hadisəsi zamanı həyatını itirən şəxslər həmin gün Qusar rayonunda dəm qazından zəhərlənərək ölən 5 nəfərdən ibarət ailənin yaxın qohumlarıdır və məlum səbəbə görə, rayon istiqamətində tələsik yola düşüblər.

İlkin ehtimala görə, avtomobil yolda müəyyən olunmuş sürət həddindən yüksək sürətlə idarə edilib, eyni zamanda, yol örtüyünün həmin hissəsi nahamar (dalğavari) olduğundan sürücü idarəetməni itirib və qəzanın qarşısını almaq mümkün olmayıb. Onlar heç biri təhlükəsizlik kəmərini bağlamayıb və hadisə nəticəsində avtomobildən kənara atılıblar ki, bu da həyatlarına son qoyub.

"Bir daha hərəkət iştirakçılarından xahiş edirik ki, yolda müəyyən edilmiş sürət həddinə riayət etsinlər və mütləq təhlükəsizlik kəmərini bağlasınlar.

Faktla bağlı Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.3-cü maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır", - bildirilib.