07 May 2024
“Bild”: “Atası Rusiya kəşfiyyatının generalı çıxan AŞ proqramının rəhbəri vəzifəsindən gedib”

“Bild”: “Atası Rusiya kəşfiyyatının generalı çıxan AŞ proqramının rəhbəri vəzifəsindən gedib”

24 Mart 2023
Baxış: 1173

Avropa Şurasının (AŞ) çirkli pulların yuyulması ilə mübarizə üzrə “Moneyval” proqramının rəhbəri İqor Nebıvayev Rusiya kəşfiyyatı ilə əlaqələrinə görə vəzifəsini itirib və gələcəkdə Avropa Şurasında başqa yerdə işləyəcək.

Bu barədə İ. Nebıvayevin nümayəndəsinə istinadən “Bild” qəzeti yazıb.

Nəşrin qeyd etdiyi kimi, bu, “Bild”in İ. Nebıvayevin atasının Rusiya Xarici Kəşfiyyat Xidmətinin generalı olması barədə məlumat yaymasından bir həftə sonra baş verib. “Moneyval”ın rəhbəri kimi Nebıvayevin Avropa Şurasına üzv olan 46 ölkədən çirkli pulların yuyulmasına qarşı mübarizə məlumatlarına çıxışı olduğunu qeyd edir.

İqor Nebıvayev özü bu məlumatı şərh etməyib.