07 May 2024
Benzinin qiyməti aşağı SALINDI

Benzinin qiyməti aşağı SALINDI

19 İyul 2022
Baxış: 633

Bu gündən etibarən 1 litr benzinin qiymətinə 94 qəpik endirim gəlib.

AJMEDİA.İNFO xəbər verir ki, Türkiyədə beynəlxalq məhsulun qiymətlərindəki enişdən sonra benzinin qiyməti aşağı salınıb.

19 iyul tarixindən etibarən 1 litr benzinin qiyməti 94 qəpik endirimlə 22,72 TL müəyyən edilib.

Qeyd edək ki, ilin əvvəlində benzinin litr qiyməti 12,91 TL idi. Benzinin qiyməti iyun ayında Ukrayna müharibəsinin beynəlxalq məhsul qiymətlərinə təsiri və Dollar/TL məzənnəsinin yüksəlməsi ilə 28,44 TL ilə pik həddə çatmışdı.(Cebhe.info )