07 May 2024
Benzin satışına limit tətbiq edilib? - “Azpetrol” və “SOCAR Petroleum”dan AÇIQLAMA

Benzin satışına limit tətbiq edilib? - “Azpetrol” və “SOCAR Petroleum”dan AÇIQLAMA

05 İyul 2022
Baxış: 427

Azərbaycanda ən böyük yanacaqdoldurma məntəqələri (YDM) şəbəkəsinə malik olan “Azpetrol” şirkətinin respublik ərazisində, o cümlədən Tovuz rayonunda yerləşən YDM-də yanacaq satışı adi qaydada davam edir.

AJMEDİA.İNFO xəbər verir ki, bunu “Azpetrol” şirkətinin mətbuat katibi Ülviyyə Hüseynova “APA-Economics”ə verdiyi açıqlamasında bildirib.

“Azpetrol” YDM-də yanacaq həmişə olub və hazırda da var. Yanacağın satışında məhdudiyyətlər yoxdur və limitlər tətbiq edilmir”, - deyə, Ülviyyə Hüseynova vurğulayıb.

Azərbaycan ərazisində neft məhsullarının topdan və pərakəndə satışını həyata keçirən “SOCAR Petroleum” QSC mətbuat katibi Üzeyir Həbibbəylinin sözlərinə görə, şirkətin respublika ərazisində avtomobil yanacağının həm topdan, həmdə ki pərakəndə satışında heç bir problemlər və ya məhdudiyyətlər yoxdur.

Tovuz rayonunda avtomobil yanacağının satışında yaranan problemlərlə bağlı suala cavab verən Üzeyir Həbibbəylinin qeyd etdi ki, “SOCAR Petroleum” şirkətinin qeyd olunan rayonda YDM mövcud deyil.

Qeyd edək ki, son vaxtlar sosial şəbəkələrdə Tovuz rayonu ərazisində “Aİ-92” markalı benzinin satışında problemlərin yarandığı barəsində məlumatlar yayılıb.

Teqlər: Benzin