02 May 2024
BƏƏ-nin paytaxtındakı sinaqoqa, təntənəli şəkildə TOVRAT gətirilib

BƏƏ-nin paytaxtındakı sinaqoqa, təntənəli şəkildə TOVRAT gətirilib

12 Noyabr 2021
Baxış: 411

2021-ci ilin sentyabrında, Roş Ha Şana bayramı günlərində açılışı olan sinaqoqa, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabi-də "BATE TFILA" sinaqoquna Tövrat təntənəli şəkildə gətirilmişdir. Təşkilatçılar ABŞ-ın vətəndaşları Paul və Yael Packer'i olmuşdur.

Təntənəli mərasimdə İsrailin BƏƏ-dəki səfiri Əmir Hayek, Sinaqoqun Rabbisi, XABADin yerli yəhudi icmasının rəhbəri Rabbi Levi Duxman, Birləşmiş Krallıq, Yerusəlim rabbisi Aaron Bina və digər qonaqlar iştrak etmişdirlər.

Paul Packer - Xaricdə Amerika İrsinin qorunması üzrə Komissiyanın sədri. 2019-cu ildə Azərbaycana səfər edərək, Qırmızı qəsəbədə dağ yəhudilərinin mədəni irsi ilə tanış olmuşdur.

Tamaşaçıların hisslərinə əsasən, Əslən İraq yəhudisi olan səfir Əmir Hayek, öz ifadəsində "Bu gün burada özümü evdə hiss edirəm" bildirmişdir.