01 May 2024
Baydenin dayısını adamyeyənlər yeyib - VİDEO

Baydenin dayısını adamyeyənlər yeyib - VİDEO

18 Aprel 2024
Baxış: 320

ABŞ Prezidenti Co Bayden Yeni Qvineyada təyyarə qəzasında həlak olan dayısı Ambrouz Finneqanın cəsədinin adamyeyənlərə görə tapılmadığını bildirib.

AJMEDİA.İNFO xəbər verir ki, Prezidentin sözlərini Ağ Evin mətbuat xidməti sitat gətirib.

“Dayım... hərbi aviator olub, o, kəşfiyyatçı kimi döyüş bölgələri üzərində təkmühərrikli təyyarələrdə uçub. Təyyarəni Yeni Qvineyada vurublar, onun cəsədi isə heç vaxt tapılmayıb, çünki Yeni Qvineyanın bu hissəsində çoxlu adamyeyən var idi - həqiqətən”, - deyə prezident bildirib.

Qeyd olunur ki, Baydenin versiyası ABŞ Müdafiə Nazirliyinin rəsmi qənaətlərindən fərqlənir. Rəsmi sənədlərdə qeyd olunub ki, kuryer uçuşu həyata keçirən Finneqanın təyyarəsi təcili olaraq suya eniş etmək məcburiyyətində qalıb.

Pentaqonun məlumatına görə, üç ekipaj üzvü batan təyyarədən çıxa bilməyib.

Mənbə: CNN