25 Aprel 2024
Bayden Netanyahu ilə İran təhdidini müzakirə etdi

Bayden Netanyahu ilə İran təhdidini müzakirə etdi

20 Mart 2023
Baxış: 469

ABŞ Prezidenti Co Bayden ilə İsrailin Baş naziri Benyamin Netanyahu arasında telefon danışığı olub.

AJMEDİA.İNFO xəbər verir ki, bu barədə Ağ Ev məlumat yayıb.

Bayden telefon danışığı zamanı İsrail, Fələstin, Misir, İordaniya və ABŞ rəsmilərinin Fələstin və İsrail arasında münaqişələri azaltmaq üçün Misirdə keçirilən görüşü alqışladığını bildirib.

Həmçinin, ABŞ prezidenti təhlükəsizlik koordinasiyasını artırmaq, bütün terror aktlarını pisləmək və ikidövlətli həll prinsiplərinin davamlılığını təmin etmək üçün tərəflərin təcili şəkildə əməkdaşlıq etməli olduğunu vurğulayıb.

Bayden eyni zamanda İsrailin təhlükəsizliyinə və İrandan gələn bütün təhdidlərə qarşı milli təhlükəsizlik qrupları arasında əməkdaşlığa sadiqliyini təkrarlayıb. İki lider də yaxın həftələrdə müntəzəm təmasda olmaq barədə razılığa gəliblər.Axar.az