23 Aprel 2024
Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq

Bayden ABŞ-nin Suriyadakı mövcudluğunu saxlayacaq

27 Mart 2023
Baxış: 2634

ABŞ Prezidenti Cozef Bayden amerikalı hərbçilərin Suriyada mövcudluğunu saxlamağı planlaşdırır.

Bu barədə ABŞ Milli Təhlükəsizlik Şurasının nümayəndəsi Con Kirbi deyib.

“Bizim İŞİD-ə qarşı missiyamız dəyişməyəcək. Suriyada bu qruplaşmaya qarşı vuruşan 1 000-ə qədər hərbçimiz var. Bu qruplaşma azalsa da, hələ də diridir”, - Kirbi CBS telekanalında deyib.

Bayden bu missiyanı yaşatmağın “tamamilə tərəfdarı” olduğunu vurğulayıb.

“Biz həmişə ordumuzu və obyektlərimizi qoruyacağıq”, - o əlavə edib.