01 May 2024
"Başlarını əzəcəyik" - Xankəndidə erməni deputatlara GÖZLƏNİLMƏZ HÜCUM

"Başlarını əzəcəyik" - Xankəndidə erməni deputatlara GÖZLƏNİLMƏZ HÜCUM

02 Sentyabr 2021
Baxış: 842

Ermənistan parlamentinin bir neçə deputatı Xankəndidə hücuma məruz qalıb.

AJMEDİA.İNFO-nun məlumatına görə, “Qraparak” qəzeti xəbər verir ki, qondarma rejimin 30 illiyi ilə bağlı tədbirlərə qatılmaq üçün Xankəndi şəhərinə gələn deputatlar yerli sakinləri qəzəbləndirib.

Belə ki, müharibədə qohumlarının ölməsinə görə parlament üzvlərini ittiham edən ermənilər iqtidardakı “Vətəndaş Müqaviləsi” partiyasından olan deputatların qaldığı “Armenia” mehmanxanasına hücum çəkiblər.

Onlar deputatların “başını əzəcəklərini” elan ediblər.

Əraziyə gələn polis və sülhməramlı qüvvələrin köməyi ilə insidentin qarşısı alınıb.(modern.az)