15 May 2024
Baş nazirdən tibb işçilərin maaşları ilə bağlı QƏRAR

Baş nazirdən tibb işçilərin maaşları ilə bağlı QƏRAR

17 İyun 2022
Baxış: 369

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb.

AJMEDİA.İNFO xəbər verir ki, Baş nazir Əli Əsədov bununla bağlı müvafiq qərar imzalayıb.

Qərara əsasən, COVID-19 infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavə 2022-ci il iyulun 1-dək veriləcək.

Əvvəl bu müddət 2022-ci il mayın 1-dək müəyyən edilmişdi.