28 Fevral 2024
Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO

Bakıdakı zəlzələ anı televiziyanın canlı efirində - VİDEO

07 Dekabr 2023
Baxış: 212

Azərbaycanda hiss olunan zəlzələ anı ARB televiziyasının canlı yayımında nümayiş olunub.

AJMEDİA.İNFO ARB TV-yə istinadən xəbər verir ki, zəlzələ anı aparıcılar Rahil Sayadoğlu və Sevda Rəsulqızının təqdimatında yayımlanan "Günə doğru" verilişində öz əksini tapıb.

Aparıcılar peşəkarlıq nümayiş etdirərək tamaşaçılara baş vermiş zəlzələ ilə bağlı ilkin informasiyanı çatdırıb və verilişi davam etdiriblər.

Qeyd edək ki, bu gün yerli vaxtla 08:15-də Siyəzən stansiyasından 60 km şərqdə, Xəzər dənizində zəlzələ qeydə alınıb. Yeraltı təkan 68 km dərinlikdə, 5,6 maqnitudalı olub. Zəlzələ 5-3 bala qədər hiss olunub. Xəzərdəki zəlzələ Bakı ilə yanaşı daha 8 rayonda hiss edilib. Hazırda afterşoklar davam edir.