Nazirə məxsus olduğu iddia edilən 4,3 milyonluq zavodun VERGİ BORCU VAR
Cümə axşamı 13:01Bakıda sakinlərə 10 gün VAXT VERİLDİ
03 Fevral 2023 11:20 | Baxış sayı: 795
Bakının Nəsimi rayonu ərazisində köhnə evlərin sökülməsi davam edir, fərdi evlər sökülərək yerində çoxmərtəbəli binalar inşa olunur.
AJMEDİA.İNFO xəbər verir ki, bu dəfə söhbət İlqar İsmayılov küçəsindəki birmərtəbəli və ikimərtəbəli fərdi evlərdən gedir.
Belə ki, sakinlərə söküləcək evləri müqabilində hər kvadratmetrinə 1500 manat kompensasiya təklif olunub. Tikini işini aparacaq şirkət rəsmiləri sakinlərə kirayə ev tapmaq üçün 10 gün vaxt veriblər.
Yeni binaların tikiləcəyi müddət ərzində isə vətəndaşlara kirayə pulu veriləcək.
Qeyd edək ki, ərazidə yaşayış binasını özəl tikinti şirkəti həyata keçirəcək.(Baku.ws)