15 May 2024
Bakıda "Pub"ın həyətində KÜTLƏVİ DAVA

Bakıda "Pub"ın həyətində KÜTLƏVİ DAVA

04 Mart 2024
Baxış: 268

Bakıda kütləvi dava olub.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunun Əsəd Əhmədov küçəsində yerləşən "Pub"ın həyətində baş verib.

Fevral ayında baş verən dava zamanı tərəflərdən biri bıçaq çıxarıb, hadisə müşahidə kamerasında əksini tapıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı polis leytenantı İbrahim Əmiraslanlı bildirib ki, videogörüntülərdəki hallar araşdırma predmetidir.

"Ərazi polis orqanında araşdırılır. Müvafiq ekspertizalar təyin edilib və əməli törədən şəxs müəyyən olunub. Ekspertizanın rəyindən və araşdırmanın nəticəsindən asılı olaraq məsələyə hüquqi qiymət veriləcək", - DİN rəsmisi qeyd edib.