15 May 2024
Bakıda məşhur mağazada yanğın oldu - FOTO+VİDEO

Bakıda məşhur mağazada yanğın oldu - FOTO+VİDEO

29 Noyabr 2021
Baxış: 526

Bakının Yasamal rayonunda yanğın hadisəsi baş verib.

AJMEDİA.İNFO APA-ya istinadən xəbər verir ki, hadisə metronun İnşaatçılar stansiyasının yaxınlığında yerləşən "Music Gallery” elektron məhsullar satılan dükanında qeydə alınıb.

Mağazanın dam örtüyü yanıb. Əraziyə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası cəlb edilib.

Alovun qarşısı qısa zamanda alınıb.