13 May 2024
Bakıda mənzillərin qiymətləri AÇIQLANIB

Bakıda mənzillərin qiymətləri AÇIQLANIB

09 Dekabr 2021
Baxış: 763

Bakıda yeni mənzillərin dəyəri azalıb.

AJMEDİA.İNFO xəbər verir ki, noyabr ayı ərzində artım müşahidə olunub.

Belə ki, ötən ay paytaxt üzrə mənzillərin kvadratmetrə görə orta qiyməti 1394 manata bərabər olub. Əvvəlki ayla (oktyabr) müqayisədə qiymətlərdə 4 faiz artım, ötən ilin eyni dövrü ilə müqayisə isə 2,5 faiz azalma qeydə alınıb.

İlkin bazarda mənzillərin orta qiyməti 176 334 manat təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 0,4 faiz artım, illik müqayisədə isə 10,5 faiz azalma müşahidə olunub.

Paytaxtda aşağı dəyərli mənzillərin kvadratmetri 976 manatdan, orta dəyərli mənzillərin kvadratmetri 1505 manatdan, yüksək dəyərli mənzillərin kvadratmetri isə ortalama 2265 manatdan kirayə verilir.

Təkrar mənzil bazarında isə mənzillərin orta qiymət 144 604 manatı təşkil edib. Bu qiymətlərdə aylıq müqayisədə 1,7 faiz artım, illik müqayisədə isə 21,3 faiz azalma müşahidə olunub. Təkrar bazar üzrə paytaxtda aşağı dəyərli mənzillərin kvadratmetri 1319 manatdan, orta dəyərli mənzillər 1984 manatdan, yüksək dəyərli mənzillər isə ortalama 2999 manatdan satışa çıxarılır.