07 May 2024
Bakıda kuryoz oğurluq: Darvazanı apardılar - FOTO

Bakıda kuryoz oğurluq: Darvazanı apardılar - FOTO

27 Yanvar 2022
Baxış: 427

Xəzər rayonunda vətəndaşa məxsus torpaq sahəsinin dəmir darvazası oğurlanıb.

AJMEDİA.İNFO xəbər verir ki,Bu barədə zərərçəkmiş tərəfindən məlumat verilib.

Vətəndaş bildirir ki, hadisə ötən gün gecə saatlarında olub:

“Türkan qəsəbəsi üzümçülük sovxozu bağlarında mənə məxsus torpaq sahəsindən dəmir darvaza oğurlanıb. Ərazidə sonuncu dəfə yanvarın 25-də olmuşam. O zaman hər şey qaydasında idi. Məsələ ilə bağlı ərazi üzrə polis idarəsinə şikayət ərizəsi yazmışam”.