06 May 2024
Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO

Bakıda jurnalistə bıçaqlı hücum: “Bu barədə yazma” – FOTO

09 May 2022
Baxış: 394

Bakıda jurnalist həmkarımız Aytən Məmmədovaya yaşadığı binanın blokunda bıçaqlı hücum edilib.

AJMEDİA.İNFO xəbər verir ki, hadisə may ayının 8-i gecə saatlarında paytaxtın Binəqədi rayonu, Mir Cəlal küçəsi 11 ünvanında yerləşən binanın blokunda baş verib.

Belə ki, A.Məmmədova yaşadığı binanın blokunda liftə girən zaman bir nəfər onun arxasınca içəri daxil olub. Daha sonra həmin şəxs bıçağı jurnalistin boğazına dirəyib və adını çəkmədiyi məhkəmə işinə görə onu hədələyib, proses barədə yazmamasını tələb edib.
Hücum edən şəxs A.Məmmədovaya xəsarət yetirərək hadisə yerindən qaçıb.

Xatırladaq ki, Aytən Məmmədova son vaxtlar əsasən Tovuzda baş verən "Nərmin cinayəti" ilə bağlı keçirilən məhkəmə proseslərindən yazıb. Bir müddət əvvəl həmin hadisələrlə bağlı evinə zəng edilərək yazmaması barədə xəbərdarlıq edilmişdi.
Bizim.Media