06 May 2024
Bakıda evlərin qiyməti nə qədər bahalaşıb? - STATİSTİKA

Bakıda evlərin qiyməti nə qədər bahalaşıb? - STATİSTİKA

14 Sentyabr 2023
Baxış: 525

Avqust ayında Bakıda mənzil bazarında qiymət artımları müşahidə olunub.

AJMEDİA.İNFO xəbər verir ki, İqtisadi və Sosial İnkişaf Mərkəzindən (CESD) Trend-ə verilən məlumata görə, avqust ayında, əvvəlki ayda olduğu kimi, bağ və fərdi həyət evlərinə tələbin artması müşahidə olunub.

Fərdi evlərdə və torpaq sahələrində əvvəlki aya nisbətən 1.7 faiz qiymət artımı qeydə alınıb. Yaşayış binalarında və qeyri-yaşayış sahələrinə tələb dəyişməyib.

Yaşayış binalarında olan mənzillərdə 1.8 faiz aylıq qiymət artımları müşahidə olunub.

Qeyri-yaşayış sahələrində 2.3 faiz aylıq qiymət artımı qeydə alınıb. Daha çox qiymət artımları kirayə bazarında müşahidə olunub. Avqust ayında kirayə bazarında qiymətlər 5.2 faiz yüksəlib. Bu yeni təhsil ilinin yaxınlaşması ilə əlaqədar tələbin artması ilə bağlıdır.