20 May 2024
Bakıda azyaşlını öldürməyə cəhd edən şəxsə AĞIR CƏZA

Bakıda azyaşlını öldürməyə cəhd edən şəxsə AĞIR CƏZA

18 Sentyabr 2023
Baxış: 463

Bakıda Apellyasiya Məhkəməsində yeddi yaşlı uşağı öldürməyə cəhddə təqsirləndirilən Mövsüm Bağırovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

AJMEDİA.İNFO xəbər verir ki, Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Salman Hüseynovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilməyib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, M.Bağırov 14 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə 2018-ci il Bakının Xəzər rayonunda qeydə alınıb. 1998-ci il təvəllüdlü M.Bağırov qonşuluqda yaşayan yeddi yaşlı Alı Vəliyevin başına daş çırparaq öldürməyə cəhd edib.

Xəstəxanaya çatdırılan yaralının həyatını xilas etmək mümkün olub.

Hadisəyə yeddi yaşlı uşağın M.Bağırovun üzərinə pirotexniki maddə atması səbəb olub.

Polis tərəfindən saxlanan M.Bağırovun barəsində Cinayət Məcəlləsinin 29.120-ci (adam öldürməyə cəhd) maddəsi ilə ittiham irəli sürülüb.