07 May 2024
Bakıda 13 yaşlı qız evdə uşaq doğdu - AÇIQLAMA

Bakıda 13 yaşlı qız evdə uşaq doğdu - AÇIQLAMA

07 Sentyabr 2022
Baxış: 371

Azərbaycanda 13 yaşlı qız ana olub.

AJMEDİA.İNFO-nun məlumatına görə, bu barədə Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə məlumat yayıb.

Onun sözlərinə görə, uşaq dünən ev şəraitində dünyaya gəlib və xəstəxanaya yerləşdirilib.

Ağazadə bildirib ki, doğulan uşaq sağdır. Azərbaycan Uşaqlar Birliyinin sədri uşağın təcavüz nəticəsində doğulduğunu bildirib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən saytımıza bildirilib ki, faktla bağlı artıq araşdırma başlanılıb.