02 May 2024
Bakı yardım göndərdi: ermənilər imtina etsə...

Bakı yardım göndərdi: ermənilər imtina etsə...

29 Avqust 2023
Baxış: 783

Azərbaycanın Xankəndiyə 40 ton humanitar yardım göndərməsi Ağdam-Xankəndi yolunun aktuallığının artırılması məqsədini daşıyır.

Bu sözləri Cənubi Qafqaz Tədqiqatlar Mərkəzinin direktoru, siyasi şərhçi Fərhad Məmmədov deyib.

Siyasi şərhçi Azərbaycan dövlətinin sözügedən addımla Laçın yolunun siyasiləşdirilməsinə ehtiyac olmadığını göstərmək istədiyini vurğulayıb:

“Eyni zamanda dövlətimiz bununla Qarabağdakı ermənilərin taleyindən narahat olan dairələrə Ağdam-Xankəndi yolunun olduğunu, Azərbaycan qanunvericiliyinə uyğun şəkildə buradan yardım göndərə biləcəklərini göstərir. Yəni Laçın yolunun siyasiləşdirilməsinə və hər hansı bir xüsusi funksiya verilməsinə ehtiyac yoxdur.

Digər tərəfdən, əgər Qarabağdakı ermənilər bundan imtina etsələr, bununla özləri-özlərini blokadaya salmalarını bütün dünyaya nümayiş etdirəcəklər”. axar az