06 May 2024
Bakı sülhməramlılara müraciət etmədi: Bu, Rusiyaya SƏRT MESAJDIR

Bakı sülhməramlılara müraciət etmədi: Bu, Rusiyaya SƏRT MESAJDIR

16 Avqust 2021
Baxış: 1101

– Ermənistan sərhəddə Azərbaycan ordusunun mövqelərini atəşə tutdu;

– Qarabağdakı erməni terrorçular Füzuli, Xocalı və Şuşa istiqamətində atəş açdı.

Rusiya MN-nin “Azərbaycan “Dağlıq Qarabağ”ın silahlı birləşmələrinə atəş açıb” iddiasından sonra Bakı bu informasiya ilə Moskvaya cavab verir: sərhəddə atəşkəsi pozan Ermənistan, Qarabağda atəş açan erməni terrorçularıdır.

Sərhəddə də, Qarabağda da mövcud vəziyyət gərgindir: Bakının prinsipial mövqeyi rusların istəklərinə uyğun gəlmir və eskalasiyanın davam edəcəyi gözləniləndir.

Diqqətçəkən əsas məqam Qarabağda erməni terrorçuların açdığı atəşlə bağlı Azərbaycanın Rusiya sülhməramlılarına müraciət etməməsidir. Bu, Bakının “Dağlıq Qarabağı” tərəf kimi təqdim etməyə çalışan Rusiyaya “sülhməramlı missiyanı” qəbul etmədiyi mesajı kimi qəbul oluna bilər.

Asif Nərimanlı,

politoloq