02 May 2024
Bakı aeroportunda silahla tutulan şəxs BU ŞİRKƏTİN RƏHBƏRİ İMİŞ

Bakı aeroportunda silahla tutulan şəxs BU ŞİRKƏTİN RƏHBƏRİ İMİŞ

22 Noyabr 2022
Baxış: 436

Bir neçə gün əvvəl Heydər Əliyev Beynəlxalq Hava Limanında silahla tutulan şəxsin kimliyi müəyyənləşib.

AJMEDİA.İNFO qafqazinfo-ya istinadən xəbər verir ki, aeroport ərazisində yoxlanış zamanı çantasından tapança, 6 patron və 1 ədəd patron darağı aşkar edilən şəxs Litva vətəndaşı Şmiginas Gedimas olub.

Mərkəzi ofisi Omanda yerləşən “Golden Energy” şirkətinin sahibi olan 1980-ci il təvəllüdlü Ş.Gedimas Bakıdan Qətərin paytaxtı Dohaya uçmaq istəyərkən saxlanılıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.