15 May 2024
“Azəriqaz” özü təbii qazın tərkibinə hava vuraraq vətəndaşın cibinə girir - ŞOK VİDEO

“Azəriqaz” özü təbii qazın tərkibinə hava vuraraq vətəndaşın cibinə girir - ŞOK VİDEO

17 Noyabr 2021
Baxış: 734

Sosial şəbəkələrdə yayılan daha bir videodan məlum olur ki, Qaz İstismar idarəsinin işçiləri mavi yanacağın tərkibinə hava vururlar.

AJMEDİA.İNFO Demokrat.az-a istinadən xəbər verir ki, “Azəriqaz” İstehsalat Birliyi əməkdaşları tərəfindən evlərə gedən qaz xətlərinə hava vurulması ilə bağlı dəfələrlə şikayətlər olub. Lakin görünən odur ki, bu cür problemləri yaratmaqla vətəndaşları narazı salmaq istəyən şəxslər var.

Adətən boruya hava vurduqda qaz sayğacları da işlək vəziyyətdə olur. Belədə, “Azəriqaz” abonentlərin cibinə girmiş olur. Yəni, insanlar istifadə etmədiyi mavi yanacağa görə ödəniş etməyə məcbur qalırlar.

Teqlər: Azəriqaz